İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada hava həyəcanı qaydaları DƏYİŞİR: Zelenski yeni təhlükə səviyyələrini elan etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun şəhərləri və iqtisadiyyatı sıradan çıxarmaq üçün PUA-lardan istifadə taktikasına cavab olaraq yeni reaksiya qaydalarını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna lideri özünün rəsmi Telegram kanalında etdiyi müraciətdə bildirib. Zelenskinin sözlərinə görə, Baş nazir Sergey Koretski Rusiyanın dəyişən hücum taktikasına qarşı hazırlanan yeni tədbirlər barədə dövlət başçısına məruzə edib. 

Yenilənmiş qaydalara əsasən, ölkədə hava təhlükəsi üzrə sarı və qırmızı olmaqla iki fərqli xəbərdarlıq səviyyəsi tətbiq olunacaq.

Sarı səviyyə dron hücumları, qırmızı səviyyə isə raket və ballistik təhlükələr zamanı elan ediləcək. Bununla yanaşı, Kiyevdə komendant saatının müddəti qısaldılacaq, həyəcan siqnalları zamanı nəqliyyatın fəaliyyəti yenidən tənzimlənəcək və metro xətlərinin kəsilməsi yerüstü nəqliyyatla kompensasiya olunacaq.

Zelenski vurğulayıb ki, bu addımların əsas məqsədi vətəndaşların təhlükəsizliyini təmin etməklə yanaşı, biznesin və gündəlik sosial-iqtisadi həyatın davamlılığını qorumaqdır. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR