İnsanlara hürriyət, millətlərə istiqlal!

9 nəfərin öldüyü gəmi qəzasından sonra ŞOK QƏRAR: Nazir vəzifəsindən kənarlaşdırıldı

Şimali Kiprin Girnə sahillərində bazar günü baş verən gəmi faciəsindən üç gün keçir. Limandan çıxdıqdan qısa müddət sonra çevrilən "Filo Denizcilik" şirkətinə məxsus katamaran tipli gəmi 9 nəfərə məzar olarkən, itkin düşən 20 nəfərdən birinin meyiti tapılıb.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, axtarış-xilasetmə işləri davam edərkən ŞKTC-nin nəqliyyat naziri Erhan Arıklı vəzifəsindən kənarlaşdırılıb.

Erhan Arıklı vəzifədən azad edilməsindən qısa müddət əvvəl açıqlama verib. O, “Zəruri açıqlama” başlığı ilə yaydığı bəyanatda Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən təyin edilən qəza araşdırma qrupunun istintaq və araşdırma aparmaq məqsədilə ŞKTC-yə gəldiyini bildirib.

Arıklı istintaqın sağlam və müstəqil şəkildə aparılması üçün Limanlar İdarəsi ilə bağlı addım atacaqlarını açıqlayıb.

“İstintaqın taleyi baxımından araşdırma başa çatana qədər Limanlar İdarəsinin nazirliyimizdən alınaraq Baş nazirliyə tabe etdirilməsi üçün sabah Baş nazirə müraciət edəcəyik”, - o deyib.

Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 9 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var. 19 sərnişinin axtarışları isə davam edir.

Musavat.com

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR