Onlayn ictimai-siyasi qəzet
Məşhur aktrisa Melisa Aslı Pamuk sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
Futbolçu Yusuf Yazıcı ilə evli olan aktrisa son paylaşımında dəbdəbəli həyat tərzini nümayiş etdirib.
Belə ki, Melisa Aslı Pamukun poza verdiyi avtomobil xüsusi narıncı və qara dəri salonlu "Lamborghini Urus"dur. Lüks avtomobilin Türkiyədə hazırda təxminən 70 milyon TL (2 464 000 AZN) bazar dəyərinə malik olduğu deyilir.
Fotodakı ən diqqət çəkən detallardan biri məşhur aktrisanın biləyindəki aksesuar olub. Pamukun taxdığı "Patek Philippe Nautilus" qızılı saatının bu gün lüks saat bazarında təxminən 10 milyon TL (353 000 azn) dəyərindədir.
Aktrisa dəbdəbəli geyimini təxminən 1 milyon TL (35 200 AZN) dəyərində olan "Hermes Kelly" çantası ilə tamamlayıb. Fotodakı digər diqqət çəkən detal Pamukun barmağındakı nəhəng təkdaş üzüyü olub. 5 ilə 7 karat arasında olduğu təxmin edilən oval kəsikli brilyant üzüyün, daşın keyfiyyətindən asılı olaraq 5 milyon TL (176 000 AZN) ilə 9 milyon TLN (316 800 AZN) arasında dəyərində olduğu deyilir.
Aksesuarlar və lüks avtomobil bir yerə toplandıqda, avtomobilin, saatın, çantanın və üzüyün ümumi dəyərinin təxminən 91 milyon TL (3 203 200 AZN) olduğu təxmin edilir. Sosial mediada böyük səs-küy yaradan məşhur aktrisanın bu fotosu izləyicilərinə tək bir şəkildə milyon dollarlıq lüks şou kimi təqdim edilib./Unikal/


04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ