İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna arasında KRİTİK mərhələ: Bu qış...

Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Moskvaya, daha sonra Kiyevə səfər edəcəklər. TASS-ın məlumatına görə, səfərlər 5-6 sentyabr tarixlərində baş tutacaq. Ukrayna prezidenti Vladimir Zelenski yaxın günlərdə ABŞ nümayəndələrinin səfər edəcəyini açıqlasa da, onların adlarını açıqlamamışdı.

Lakin səfərlərin ardıcıllığı, Vaşinqtonun Moskva və Kiyevə münasibəti, eləcə də Kremlin danışıqlarda irəli sürdüyü şərtlər prosesin yaxın perspektivinə dair fərqli ehtimallar yaradır.

Bəs bu səfərlər müharibənin sona çatmasına doğru real dönüş nöqtəsi ola bilərmi, yoxsa qarşıdakı dövr daha gərgin mərhələnin başlanğıcından xəbər verir?

Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a deyib ki, sözgedən şəxslər əvvəllər də Moskvaya səfər ediblər, amma uğur qazanmayıblar: “Diplomatiyadan uzaq olan daşınmaz əmlak mütəxəssislərinin indiki səfəri də Trampın göstərişi ilə Kremldən başlayacaq. Tramp Ukraynanın məğlub olacağını gözlədiyi üçün Zelenskiyə sərt münasibət göstərib, Putinə isə simpatiyasını gizlətməyib. İki gün əvvəl açıqlamalarında Tramp yenə Putini tərifləyib, Rusiya ilə birgə biznes qurmağın xeyirli olacağını vurğulayıb. İran müharibəsinə başı qarışdığından Rusiya-Ukrayna müharibəsini bitirmək üçün Kremlə qarşı son vaxtlar heç bir təzyiq göstərmir. Əksinə, Avropadan Ukraynaya görə təzminat istəyir. Putin isə yalnız ABŞ-nin, konkret olaraq Trampın vasitəçiliyini qəbul edir və Avropanı Ukraynanın yanında olan tərəf hesab edir”.

İlham İsmayıl: “Paşinyana cavab vermək üçün küçədən birini tapıb Milana  göndərirlər” Pravda.az

Ekspert bildirib ki, Tramp tərəflərin müharibəni bitirib, atəşkəsə razı olduqları halda görüşə biləcəyini deyir: “Rusiya isə yalnız Donbas tam işğal olunduqdan və işğal etdikləri ərazilərin hüquqi baxımdan Rusiyanın olduğunu Ukrayna təsdiq etdikdən sonra müharibəni dayandıracağını deyir. Müharibənin tezliklə bitəcəyinə nikbin baxmaq olmur. Məlumata görə, bu qış Ukrayna infrastrukturlarının məhvi, xalqın çıxılmaz vəziyyətə salınması planlaşdırılır. Buna görə də Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə şans yoxdur. Rusiya Baş Qərargahı Donbasın bütün ərazisinə nəzarətin yalnız 2027-ci ilin martın 31-də mümkün olacağını Putinə məruzə edib. Rusiya üçün Avropa və Ukraynanın müxtəlif təzyiqləri yetərli deyil. Tramp isə lazım olan təzyiqi Rusiyaya göstərmir, əksinə, Zelenskini tənqid edir ki, hələ müharibə aparır. Fikrimcə, üzümüzə gələn qış Rusiya-Ukrayna müharibəsində həlledici mərhələ olacaq”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR