İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın 2027-ci il büdcəsində 32,6 milyard dollarlıq kəsir

Ukrayna 2027-ci il üçün büdcədə 32,6 milyard dollarlıq maliyyə çatışmazlığı ilə üzləşib.

Musavat.com xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko “Euronews”a müsahibəsində deyib.

Nazirin sözlərinə görə, ölkə tammiqyaslı müharibənin başlanmasından bəri ən çətin büdcə vəziyyəti ilə üz-üzədir. Ukraynanın illik xarici maliyyələşməyə ümumi ehtiyacı təxminən 50 milyard dollar olaraq qalır.

Marçenko bildirib ki, müttəfiqlər əlavə maliyyə ayırmasa, müharibə ilə bağlı olmayan bəzi xərclərin ödənişi təxirə salına bilər. Bu vəziyyət xüsusilə sığınacaqların tikintisi və infrastruktur layihələrinə təsir göstərə bilər. Müdafiə və silah tədarükü isə əsas prioritet olaraq qalacaq.

O qeyd edib ki, yeni büdcə müharibənin 2027-ci ildə də davam edəcəyi ehtimalı nəzərə alınmaqla hazırlanır. Marçenkonun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsi də bu rəqəmə yaxındır.

Ukraynanın maliyyə naziri Avropa İttifaqını dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsinə yenidən baxmağa çağırıb. Söhbət təxminən 300 milyard dollar məbləğində aktivdən gedir. Kiyev bu vəsaitlərin Ukraynanın maliyyələşdirilməsi üçün istifadə olunmasını təklif edir.

Marçenko hesab edir ki, aktivlərin idarə olunması ilə bağlı məsuliyyətin yalnız Belçikanın deyil, bütün Aİ ölkələrinin üzərinə düşməsi hüquqi riskləri azaltmağa kömək edə bilər.

Könül 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR