İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sentyabrda Ukraynaya ən azı 4 kütləvi zərbə endirə bilər

Rusiya sentyabr ayında Ukraynaya ən azı 4 kütləvi və kombinə edilmiş zərbə endirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Rusiya ordusunun hücumları müxtəlif tipli raketlərin və zərbə PUA-larının eyni vaxtda istifadəsi ilə həyata keçirilə bilər.

Bildirilib ki, Kiyev və ətrafında anbar və logistika obyektlərinə endirilən zərbələrdən sonra Rusiyanın diqqətini Ukraynanın digər bölgələrindəki analoji obyektlərə yönəltməsi ehtimalı var.

Mənbələr enerji infrastrukturunun da mümkün hədəflər sırasında olduğunu bildiriblər. Onların qiymətləndirməsinə görə, sentyabr-oktyabr aylarında Rusiyanın Ukraynanın enerji sisteminə qarşı daha genişmiqyaslı hücumlara başlamaq ehtimalı var.

“RBC-Ukrayna”nın digər məlumatına görə, Rusiya son günlər Ukraynaya qarşı reaktiv PUA-lardan daha geniş istifadə etməyə başlayıb. Mənbələr noyabr ayınadək hücumlarda reaktiv PUA-ların payının təxminən 80 faizə çatdırılmasının planlaşdırıldığını bildirirlər.

Qeyd edək ki, sentyabrın 4-də də Rusiya Ukraynaya kütləvi hava hücumu həyata keçirib. Hücum zamanı 121 zərbə PUA-sı və idarəolunan aviasiya raketindən istifadə edildiyi, hava hücumundan müdafiə qüvvələrinin 103 PUA-nı zərərsizləşdirdiyi bildirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR