İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişinlər arasında ŞOK – Həmin şəxs ortalığı qarışdırdı - VİDEO

İstanbulun Şirinevler istiqamətində hərəkət edən metrobusda sərnişinlər arasında gərginlik yaşanıb.

Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, hadisə dini təbliğat xarakterli söhbət aparan şəxsin danışığından narahat olan sərnişinin ona müdaxilə etmək istəməsi ilə başlayıb.

Sərnişin “Mənə bunları danışa bilməz” deyərək etirazını bildirib. Bunun ardınca gənclərdən biri mübahisəyə müdaxilə edərək sərnişinə “Sənə nə? Dinləmə!” deyə cavab verib.

Tərəflər arasında yaranan mübahisə qısa müddətdə siyasi və ideoloji müstəviyə keçib. Gərginlik ətrafdakı insanların müdaxiləsi ilə sona çatıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR