Onlayn ictimai-siyasi qəzet
Tuzla Dövlət Xəstəxanasında çalışdığı iddia edilən bir tibb bacısının "Amedspor" - "Trabzonspor" matçından sonra sosial media hesabında etdiyi paylaşım böyük etirazla qarşılanıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, cəmiyyətin müxtəlif təbəqələrini qarşı-qarşıya gətirməyə yönəldiyi və nifrət ritorikası ehtiva etdiyi bildirilən ifadələr sosial media istifadəçilərinin sərt reaksiyasına səbəb olub. Onlar aidiyyəti qurumları hərəkətə keçməyə çağırıblar.

Məlumata əsasən, ictimaiyyət arasında ciddi narazılıq doğuran həmin paylaşımla bağlı Türkiyənin Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən inzibati və hüquqi araşdırmanın başladılması gözlənilir.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ