İnsanlara hürriyət, millətlərə istiqlal!

Qış öncəsi əhaliyə ÇAĞIRIŞ EDİLDİ: Ərzaq ehtiyatı yığın

Birləşmiş Millətlər Təşkilatının ən güclü El-Ninyo dalğalarından birinin yaxınlaşdığı barədə xəbərdarlığından sonra mütəxəssislər və bəzi rəsmilər əhaliyə evlərdə əsas ərzaq və zəruri ehtiyatlar saxlamağı tövsiyə ediblər. Xəbərdarlıqlara görə, qarşıdakı dövrdə güclü fırtınalar, dağıdıcı daşqınlar və şiddətli quraqlıqlar müşahidə oluna bilər.

Musavat.com xəbər verir ki, BMT-nin açıqlamalarına əsasən, Sakit okean sularında böyük istilik kütləsinin toplanması qlobal atmosfer balansına ciddi təsir göstərə bilər. Mütəxəssislər bunun nəticəsində dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinin artacağını bildirirlər.

İngiltərədən də ciddi xəbərdarlıq gəlib. Ölkənin Ətraf Mühit, Ərzaq və Kənd İşləri naziri Angela Eagle fövqəladə vəziyyət yaranacağı təqdirdə əhalinin əsas qida məhsulları və zəruri ehtiyatlarını əvvəlcədən hazırlamasının vacibliyini vurğulayıb.

Eagle bildirib ki, fövqəladə hallar üzrə xidmətlər hadisə yerinə çatana qədər ailələrin müəyyən müddət ərzində öz ehtiyaclarını qarşılaması həyati əhəmiyyət daşıya bilər. Onun sözlərinə görə, İngiltərə və Şimal-Qərbi Avropa qarşıdakı payız və qış aylarında rekord yağıntılar və güclü fırtınalarla üzləşə bilər.

Geofiziki təhlükələr üzrə mütəxəssis professor Bill McGuire Sakit okeanın şərqində qeydə alınan qeyri-adi enerji toplanmasının qarşıdakı El-Ninyo hadisəsini son bir neçə əsrin ən güclülərindən birinə çevirə biləcəyini bildirib.

Dünya Meteorologiya Təşkilatının məlumatlarına görə, təhlükəli hava dövrünün ən azı fevral ayına qədər davam etməsi gözlənilir.

Proqnozlara əsasən, Cənubi Afrika və Avstraliyanın şimal-şərqində güclü quraqlıq, Asiyada genişmiqyaslı daşqınlar, Avropada isə sərt qış şəraiti müşahidə oluna bilər.

BMT-nin baş katibi Antonio Quterreş də vəziyyətlə bağlı xəbərdarlıq edərək beynəlxalq ictimaiyyəti təcili və birgə tədbirlər görməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR