Onlayn ictimai-siyasi qəzet
Ukrayna ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri zamanı Rusiyaya hava zərbələri endirməyəcək.
Musavat.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, amerikalı nümayəndələrin Moskvaya təhlükəsiz şəkildə çatması üçün onların səfəri müddətində Ukrayna tərəfindən Rusiyaya hava zərbələrinin endirilməsi dayandırılacaq.
Zelenski Rusiyanın da eyni addımı atmalı olduğunu vurğulayıb. O, danışıqların aparılması üçün lazım olan müddətdə Moskvanın Ukraynaya hava zərbələri endirməməsini gözlədiklərini bildirib.
Qeyd edək ki, Uitkoff və Kuşnerin sentyabrın 5-də Moskvaya, sentyabrın 6-da isə Kiyevə səfər etməsi planlaşdırılır. Lakin ABŞ tərəfi nümayəndələrin təhlükəsizliyi ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışır və səfərlərin yekun planı hələ tam dəqiqləşdirilməyib.
Musavat.com
05 Sentyabr 2026
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ