İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya atəşkəsə BELƏ CAVAB VERDİ: Ukrayna üzərinə raket və dron yağdırdı - VİDEO

Ukraynada gecə saatlarında bir sıra şəhərlərdə hava hücumu təhlükəsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, UNİAN-ın məlumatına görə, 1 raket Kiyev istiqamətində Borispoldan keçib. Eyni zamanda, mediada 15-ə qədər “Şahed” pilotsuz uçuş aparatının Kiyev istiqamətində hərəkət etdiyi bildirilib.

Kiyev vilayətində bir neçə dronun vurulduğu qeyd olunub. Bununla yanaşı, təxminən 16 “moped”in Sumı vilayətində Trostyanets və Qadyac istiqamətində uçduğu bildirilib.

Daha sonra Kiyevdə hava həyəcanının başa çatdığı elan edilib.

Borispol şəhərində isə dronun çoxmərtəbəli binaya çırpıldığı barədə məlumat yayılıb.

Ukrayna Hərbi Hava Qüvvələri Dnepr istiqamətində ballistik raket təhlükəsi barədə xəbərdarlıq edib. Monitorinq kanallarının məlumatına görə, Dnepr istiqamətinə 5 raket buraxılıb.

Daha sonra Dnepr şəhərində partlayış səsləri eşidildiyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Ukrayna Müdafiə Qüvvələrinə cəbhə xəttində müvəqqəti olaraq “sükut rejimi”nə riayət etmək barədə əmr verilib.

Məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə döyüş təmas xəttində sentyabrın 5-i saat 00:00-dan sentyabrın 8-i saat 23:59-dək “sükut rejimi”nə riayət etmək tapşırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR