İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada antidepressant satışları KƏSKİN ARTIB – Mütəxəssislər səbəbini AÇIQLADI

Rusiyada antidepressantların satışı artıq üçüncü ildir ki, ardıcıl olaraq artır.

Musavat.com xəbər verir ki, AlphaRM şirkətinin məlumatlarına görə, bu müddət ərzində preparatların satışları pul ifadəsində iki dəfədən çox artıb.

Bundan əlavə, anksiyolitiklərin (narahatlıq və təşviş əleyhinə preparatlar) satışı təxminən üçdə bir, psixostimulyatorların satışı isə 20 faiz artıb.

2025-ci ildə Rusiyada antidepressantların satışı 2022-ci illə müqayisədə 41 faiz çox olub. 2026-cı ilin ilk rübündə isə apteklərdə 6,4 milyon qutu antidepressant satılıb. Bu satışların ümumi dəyəri 5,8 milyard rubl təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə satışların həcmi qutu sayında 22 faiz, pul ifadəsində isə 34 faiz artıb.

Qeyd olunur ki, ən çox istifadə edilən preparatların böyük əksəriyyəti reseptlə satılır.

2025-ci il ərzində Rusiyada ümumilikdə 22,3 milyon qutu antidepressant satılıb. Onların ümumi dəyəri 20,5 milyard rubl olub. İl ərzində satışlar qutu sayında 24 faiz, pul ifadəsində isə 36 faiz artıb.

Mütəxəssislər tələbatın artmasını ölkədə narahatlıq səviyyəsinin yüksəlməsi ilə əlaqələndirirlər. İlk ciddi artım 2022-ci ildə müharibənin və səfərbərliyin başlamasından sonra qeydə alınıb. İkinci artım isə 2025-ci ildə əmək bazarındakı vəziyyətlə bağlı narahatlıqlar fonunda baş verib.

Mütəxəssislər həmçinin təşviş pozuntularının, yuxu problemlərinin, panik atakların və depressiv vəziyyətlərin artdığını bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR