İnsanlara hürriyət, millətlərə istiqlal!

44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan 44 günlük Vətən müharibəsində Ermənistan tərəfinin itkilərindən danışarkən indiyədək açıqlanan rəsmi statistikadan xeyli fərqlənən rəqəm səsləndirib.

Musavat.com xəbər verir ki, Xaçaturyan Çexiyaya səfəri zamanı 2020-ci ilin 44 günlük müharibəsində Ermənistan tərəfdən 4800 nəfərin öldüyünü bildirib.

Bu rəqəm Ermənistanın indiyədək açıqladığı rəsmi göstəricidən ciddi şəkildə fərqlənir. Rəsmi məlumatlarda 44 günlük müharibədə Ermənistan tərəfdən 3833 nəfərin öldüyü göstərilir.

Beləliklə, Ermənistan prezidentinin açıqladığı rəqəmlə indiyədək təqdim olunan rəsmi statistika arasında 967 nəfərlik fərq yaranır.

Ermənistan tərəfi müharibədən sonra itkilərlə bağlı statistikanı bir neçə dəfə yeniləyib. Vaaqn Xaçaturyanın indi daha yüksək rəqəm səsləndirməsi 44 günlük müharibədə Ermənistanın real itkilərinin indiyədək açıqlanandan daha çox olması məsələsini yenidən gündəmə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR