İnsanlara hürriyət, millətlərə istiqlal!

Rihannanın cəsarətli geyimi gündəm oldu

Dünyaca məşhur müğənni Rihanna övladları ilə birlikdə Barbadosda görüntülənib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, sənətçinin seçdiyi boz rəngli, bol biçimli libas diqqətdən yayınmayıb. Asimmetrik kəsimi və bədənin müxtəlif hissələrini üzə çıxaran kəsik detalları geyimə fərqli görünüş verib.

Çiyin hissəsini açıq saxlayan libasın aşağı bölümündəki kəsiklər sadə tərzə hərəkət qatıb. Cəsarətli geyim seçimləri ilə tanınan Rihanna bu dəfə də özünəməxsus stilindən vaz keçməyib.

Müğənni qeyri-adi libasını rahat küçə stili ilə tamamlayıb. Onun gündəlik gəzinti üçün seçdiyi bu kombin qısa zamanda diqqət mərkəzinə düşüb.

 Könül

Musavatcom

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR