İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir zamanlar çox məşhur idi – indi görün nə işlə məşğuldur – VİDEO, FOTOLAR

16 yaşında “Modellər kraliçası” seçilən, “Yeşilçam” ulduzu Sibel Turnagöl uzun fasilədən sonra iştirak etdiyi tədbirdə görüntülənib.

Musavat.com xəbər verir ki, 2012-ci ildə ailə həyatı qurduqdan sonra aktyorluğa fasilə verən sənətçi hazırda İstanbulda açdığı restoranı idarə edir.

mankenler-kralicesiydi-simdi-o-59501041-3384_1_m.jpg (70 KB)

Restoranın idarəçiliyi ilə şəxsən məşğul olan Sibel Turnagöl mətbəxdən tutmuş yeməklərin servisinə qədər bir çox işdə özü iştirak edir.

mankenler-kralicesiydi-simdi-o-86057968-4146_1_m.jpg (44 KB)

Restoranındakı işlərin yaxşı getdiyini bildirən sənətçi ekranlardan uzaq qaldığı illərdən sonra yeni layihələr üçün də hazırlıq gördüyünü söyləyib.

58 yaşlı Turnagölün illər sonra görüntülənməsi və yeni həyat tərzi sosial mediada qısa zamanda gündəmə çevrilib. Məşhur sənətçinin son görünüşünü görən pərəstişkarları onun yaşına baxmayaraq, xarici görünüşünü qoruduğuna diqqət çəkiblər. Sosial şəbəkə istifadəçiləri onun fotolarına “Hər halı ilə çox gözəldir”, “İllər ona yaxşı təsir edib” və “Hələ də çox gözəldir” kimi tərif dolu şərhlər yazıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR