İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski hökumətindən HƏYƏCAN TƏBİLİ: Ölkə böyük problemlə ÜZ-ÜZƏ

Ukrayna tammiqyaslı müharibənin başlanmasından bəri ən çətin büdcə vəziyyəti ilə üzləşib. Ölkənin gələn il üçün büdcəsində 32,6 milyard dollar çatışmazlıq yaranıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.

Nazirin sözlərinə görə, müttəfiqlər tərəfindən əlavə maliyyə yardımı göstərilməsə, dövlət müharibə ilə birbaşa əlaqəsi olmayan bəzi xərcləri təxirə salmağa məcbur qala bilər. Xüsusilə sığınacaqların tikintisi və infrastruktur layihələri ilə bağlı problemlər yarana bilər.

Bununla belə, hərbi xərclər prioritet olaraq qalacaq.

Marçenko bildirib ki, 2027-ci ilin büdcəsi müharibənin gələn il də davam edəcəyi ehtimalı nəzərə alınmaqla hazırlanır.

Ukraynanın maliyyə naziri həmçinin Avropa İttifaqını təxminən 300 milyard dollar həcmində dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə ideyasına qayıtmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR