İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürdü: Anar Ələkbərovdan xüsusi açıqlama

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

Anar Ələkbərov paylaşımında sənətçiyə tezliklə sağalmasını arzulayıb və onun bu sınaqdan qalib çıxacağına inandığını bildirib.

“Əziz Murad!

Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir. Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik”, - deyə o paylaşımda qeyd edib.

Könül

01M1PF8DXDRYYETK221XXPAH1D-webp.jpg (263 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR