İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütöv kənd satışa çıxarıldı - GÖRÜN NEÇƏYƏ!

Türkiyənin Şanlıurfa vilayətində, Akçakale və Suruç rayonları arasında yerləşən Külünçə kəndi bütün evləri, örüş sahələri və 4 min 500 dönümlük (təxminən 450 hektar) kənd təsərrüfatı torpaqları ilə birlikdə satışa çıxarılıb.

Musavat.com xəbər verir ki, daşınmaz əmlak məsləhətçisi tərəfindən yayımlanan elanda nəhəng ərazi üçün 1,5 milyard Türkiyə lirəsi (təxminən 30 milyon dollar) tələb olunduğu bildirilib.

Kəndin ərazisində yaşayış evləri ilə yanaşı, geniş örüş sahələri və minlərlə dönüm kənd təsərrüfatı torpaqlarının da olduğu qeyd edilib.

Musavat.com

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR