İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS lideri Azərbaycanın qonşuluğunda – Yeni GƏLİŞMƏ

Xəbər verildiyi kimi, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda HƏMAS-ın siyasi bürosunun üzvü və ərəb-islam əlaqələri üzrə rəhbəri Bassem Naimlə görüşüb. Tərəflər Fələstin məsələsini və bölgədəki son prosesləri müzakirə ediblər. Görüşdə Əraqçi İranın Fələstin məsələsində mövqeyinin dəyişmədiyini, Tehranının Fələstin xalqının hüquqlarını və müstəqil Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləməyə davam etdiyini bildirib. İran XİN rəhbərinin sözlərinə görə, Tehran bu məsələnin beynəlxalq platformalarda, o cümlədən BMT Baş Assambleyasında gündəmə gətirilməsinə də diqqət yetirəcək.

HƏMAS Qəzza idarəçiliyini fələstinli texnokratlar komitəsinə təhvil verməyə  hazır olduğunu bildirib - TurkicWorld

HƏMAS nümayəndə heyətinin Tehrana səfəri İranın regiondakı müttəfiqləri və tərəfdaşları ilə siyasi əlaqələri davam etdirmək niyyətini göstərən amillərdən biri kimi göstərilir. Digər tərəfdən, görüş İsrail-Fələstin qarşıdurmasının gələcəyi ilə bağlı sualları da yenidən gündəmə gətirir. Qəzza ətrafında mümkün siyasi razılaşmalar, atəşkəs perspektivi, Fələstin dövlətinin yaradılması və regiondakı güc balansı İran-HƏMAS təmasının əsas siyasi kontekstini təşkil edir.

Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a bildirib ki, İranın xarici siyasətində Fələstin və proksi təşkilatlar prioritetdir. O qeyd edib ki, İran heç də çox istədiyindən belə bir addım atmır.

“İran HƏMAS, Hizbullah, husilər və Fələstin məsələsində birmənalı səmimi deyil. Çünki onun maraqlarını ehtiva edən bu məsələlər, həm də Tehran üçün bufer rolunu oynayır. Yəni İran bu təşkilat və məntəqəni əlində saxlamaqla, ona qarşı çıxan İsrail, ərəb dövlətlərini rahatlıqla təhdid edə bilir”.

Tramp bu ölkəyə hücum etsə, NATO parçalanacaq | KONKRET

Fikrət Fəraməzoğlu onu da qeyd edib ki, İranın son günlər HƏMAS-la əlaqələri yeniləməsi son durumla bağlıdır. “İran ABŞ hücumları qarşısında hələlik birtəhər duruş gətirə bilir. Lakin bu, uzun müddət davam etməyəcək. Digər tərəfdən, iqtisadi böhran İranı ciddi şəkildə yormağa başlayıb. Kəskin devalvasiya, qiymətlərin sürətli bahalaşması daxildə ciddi narazılığın əsasını qoyub. Bundan başqa, İran əsas gəlir mənbəyi olan neft satışından da mərhələli şəkildə məhrum olur. Artıq Hörmüz boğazı və okeanın digər hissələrindən ABŞ-nin blokadası səbəbindən neft daşıya bilmir. İran rejimi onu da anlayır ki, yanvar hadisələrində olduğu kimi, bu dəfə analoji şəkildə davrana bilməyəcək. O səbəbdən də proksi təşkilatlarını gücləndirir”.

Bununla belə, ekspertin fikrincə, İran proksi gücləri əvvəlki səviyyədə maliyyələşdirmək iqtidarında deyil: İndi İranın həmin imkanı yoxdur. Hətta pulu olsa da, öz daxili problemlərinin həllinə sərf edəcək. Ona görə də, İranın indiki hərəkətləri, xüsusən HƏMAS-la bağlı addımları daha çox göz qorxutmaq məqsədi güdür”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR