İnsanlara hürriyət, millətlərə istiqlal!

Röyanın keçmiş qayınatası azadlığa çıxdı -Foto

Xalq artisti, müğənni Röya Ayxanın eks-qayınatası, məşhur “Çudo peçka” şirniyyat mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu sosial media hesabında məlumat yayıb.

Qeyd edək ki, Çingiz Cəlilov “Bank Standard”ın ovaxtkı İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat krediti qanunsuz çıxarmaqda təqsirli bilinirdi.

Cəlilov özü təqsirli olmadığını və kreditin çox hissəsinin ona çatmadığını deyirdi.

Xatırladaqki, Çingiz Cəlilov hamımızın sevdiyi “Yol əhvalatı” filminin ssenari müəllifi Asim Cəlilovun oğludur.

Çingiz Cəlilovun oğlu Anar Cəlilov ilə müğənni Röya bir neçə il evlilik yaşamış, sonra boşanmışdılar.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR