Onlayn ictimai-siyasi qəzet
"Mən Vüqarı təhqir etmirəm, amma tənqid edirəm! Dediyi sözə bax, sən onun-bunun şeirini oxuyursan, amma Əminə xanım özü yazır."
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Rəngarəng" verilişində deyib.
Meyxanaçı Vüqar Əbdülovu onun haqqında səsləndirdiyi fikirlərə görə tənqid edib:
"Vüqara demək istəyirəm ki, 50 illik yaradıcılığımda oxuduğum mahnıların 80 faizi öz bəstələrimdir, 60 faizi isə öz sözlərimdir. Amma mən özümü şair adlandırmıram. Mən kimin şeirini oxumalıyam ki? Mən şairəm ki? Oxuyanam da... Şairlərin şeirlərinə müraciət etməliyəm. Mən şair deyiləm!"
Qeyd edək ki, mübahisənin yaranmasına səbəb Vüqarın "Tarixin bir günü" verilişində Tacir Şahmalıoğlu haqqında "Sən ancaq kiminsə sözlərini oxumusan. Əminə Şirin isə özü yazır" deməsi olub.
Könül
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ