Onlayn ictimai-siyasi qəzet
Rusiyanın "Rosselxoznadzor" qurumu Belarus vasitəsilə ölkəyə saxta sənədlərlə Ermənistandan gətirilən 39 mindən çox təzə kəsilmiş qızılgülün daxil olmasının qarşısını alıb.
Musavat.com xəbər verir ki, Smolensk gömrük məntəqəsində Rusiyaya idxalı qadağan olunmuş 39,2 min ədəd gülü daşıyan yük avtomobili saxlanılıb.
"Rosselxoznadzor"un ərazi idarəsinin qərarı ilə kontrabanda yolu ilə gətirilən həmin qızılgül partiyası iyulun 23-də tamamilə məhv edilib. Qanunsuz daşımanı həyata keçirən daşıyıcı isə inzibati məsuliyyətə cəlb olunub.
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ