Onlayn ictimai-siyasi qəzet
Finlandiyalı dənizçi Lukas Syeman öz əlləri ilə yalnız günəş enerjisi ilə işləyən 11 metrlik yaxta hazırlayıb. O, bu gəmi ilə artıq 5,7 min kilometr yol qət edərək İbitsaya çatıb və Atlantik okeanında yanacaqsız səyahətini davam etdirir.
Musavat.com xəbər verir ki, dənizçi yaxtanı öz emalatxanasında təxminən 200 gün ərzində hazırlayıb.
Gəminin tikintisində dəniz faneri və şüşəplastikdən istifadə olunub. Yaxtanın damına günəş panelləri quraşdırılıb. Panellər gəminin elektrik sistemini enerji ilə təmin edir.
Damın altında yaşayış sahəsi də yaradılıb. Burada elektrik plitəsi, kiçik soyuducu və tualet mövcuddur.
Syeman günəş enerjisinə qənaət etmək və küləkli havalarda hərəkəti davam etdirmək üçün yaxtanı köməkçi yelkənlə də təchiz edib.
Yaxtanın tikintisi ümumilikdə təxminən 30 min dollara başa gəlib.
Ən diqqətçəkən məqam isə odur ki, fin dənizçi indiyədək təxminən 5,7 min kilometr məsafə qət etdiyi səyahət zamanı bir damcı belə yanacaq sərf etməyib.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ