İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçındakı görüş Ermənistanda təşviş yaratdı – “Bakı işıqlarımızı söndürəcək”

Ermənistanda Azərbaycanla elektrik şəbəkələrinin sinxronlaşdırılması və mümkün enerji ticarətinin ölkəni Bakıdan asılı vəziyyətə sala biləcəyi barədə xəbərdarlıq edilib.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın energetika üzrə eksperti Armen Manvelyan bildirib.

Məlumata görə, avqustun 25-də Laçında Azərbaycan Energetika Nazirliyi ilə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında elektrik enerjisinin ixracı və idxalı imkanları müzakirə olunub.

Manvelyan hesab edir ki, mümkün risklər Azərbaycanın Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı mövqeyi kontekstində qiymətləndirilməlidir.

Ekspert bildirib ki, 2023-cü ilə qədər Ermənistanın enerji sistemi ilə Qarabağdakı elektrik şəbəkəsini birləşdirən yüksək gərginlikli xətt Laçından keçirdi. Onun sözlərinə görə, həmin infrastruktur gələcəkdə Azərbaycandan Ermənistana elektrik enerjisinin ötürülməsi üçün istifadə edilə bilər.

Manvelyan Azərbaycanın Qarabağdakı su elektrik stansiyalarında istehsal olunan enerjini Ermənistana sata biləcəyini söyləyib. O, bunun nəticəsində Ermənistanın Azərbaycan enerji sistemindən asılı vəziyyətə düşə biləcəyini bildirib.

“Əlbəttə, açıq şəkildə ‘AES-i bağlayın, biz sizi elektrik enerjisi ilə təmin edəcəyik’ kimi ilkin şərt yoxdur. Ancaq əslində burada müəyyən zəmin var. AES-i bağlasaq, asılılıq artıq fundamental xarakter alacaq”, – ekspert bildirib.

Manvelyan eyni zamanda enerji sistemlərinin bir-birinə bağlanmasının texniki risklər daşıdığını qeyd edib. O xatırladıb ki, təxminən 10 il əvvəl İranın enerji sistemində baş vermiş qəza Ermənistanın bəzi rayonlarında elektrik təchizatında problemlərə səbəb olmuşdu.

Erməni ekspert Azərbaycanın şəbəkələrin birləşdirilməsində başqa məqsədinin də ola biləcəyini deyib. Onun fikrincə, Bakı Ermənistan ərazisindən istifadə etməklə Naxçıvana elektrik enerjisinin tranzitini təmin etməkdə maraqlı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR