İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Abdullayevdən Polad Bülbüloğlunun evlənməsi xəbərinə REAKSİYA: “Buna son qoymağın vaxtı deyilmi?”

Tanınmış yazıçı Çingiz Abdullayev jurnalistlərin diqqətini Poladın şəxsi həyatına yönəltməsini tənqid edib.

Musavat.com xəbər verir ki, Çingiz Abdullayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Yazıçı jurnalistləri maraqlandıran əsas məsələnin Poladın şəxsi həyatı olduğunu qeyd edərək bunun artıq dayandırılmasının vaxtı çatdığını bildirib.

“Jurnalistlərimizi maraqlandıran yeganə məsələ Poladın şəxsi həyatıdır. Artıq buna son qoymağın vaxtı deyilmi? Bu, onun şəxsi işidir”, – deyə Çingiz Abdullayev vurğulayıb.

O, Poladın şəxsi həyatının ictimai müzakirə mövzusuna çevrilməsini mədəniyyətsizlik kimi qiymətləndirib:

“Tamamilə mədəniyyətsizlik hökm sürür və bu, sadəcə heyrətamizdir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR