İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözünün qarşısında qardaşını və həyat yoldaşını itirdi – girokopter partladı - Video

İtaliyanın şimalında iki nəfərin ölümü ilə nəticələnən dəhşətli aviasiya qəzası baş verib.

Musavat.com xəbər verir ki, hadisə Pyemont bölgəsində, Antrona vadisindəki Kampliççoli su anbarının yaxınlığında baş verib. İki nəfərlik girokopter kanat yolunun troslarına toxunduqdan sonra alışaraq yerə çırpılıb.

Qəza nəticəsində girokopteri idarə edən 62 yaşlı Alessandro Ancelo Musçinelli və 63 yaşlı sərnişin Antonella Palyarani hadisə yerində həyatlarını itiriblər. Palyarani pilotun qardaşının həyat yoldaşı olub.

Faciənin ən dəhşətli məqamı isə pilotun qardaşının baş verənləri yerdən öz gözləri ilə izləməsi olub. O, qardaşı və həyat yoldaşının olduğu girokopterin kanat yolunun troslarına çırpılaraq alovlandığını görüb. Qəzadan sonra kişi şok vəziyyətində aşkarlanıb və ona tibbi yardım göstərilib.

Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR