İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə Baş Verir?” - Rəsmi Bakıdan Moskvaya SƏRT MESAJ – Rauf Arifoğlu ilə CANLI MÜZAKİRƏ

"ARB 24"ün canlı efirində “Nə Baş Verir” verilişinin qonağı Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğludur.

Musavat.com xəbər verir ki, aparıcı Jalə Həsənlinin təqdimatında yayımlanan verilişdə hazırda Rusiya-Azərbaycan münasibətlərində yaşanan son gərginlik müzakirə olunur.

Efirdə əsas diqqət Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evinin qarşısında bu gün günorta saatlarında baş verən təxribata yönəlib. Naməlum şəxslərin binanın qarşısına Azərbaycan əleyhinə təxribat xarakterli fotolar yerləşdirdiyi bildirilir və hadisə anını əks etdirən videogörüntülər artıq sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi insidenti qətiyyətlə pisləyib. XİN bu cür addımların Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edə biləcəyini, həmçinin son dövrlərdə Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsi olmasının istisna edilmədiyini bildirib.

Rəsmi Bakı Rusiya tərəfdən insidentin hərtərəfli araşdırılmasını, təxribatçı əməllərə hüquqi qiymət verilməsini və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin olunmasını tələb edir.

Hazırda ARB 24-ün canlı efirində Rauf Arifoğlu ilə bu hadisənin səbəbləri, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və Bakının sərt reaksiyasının mümkün nəticələri müzakirə edilir.

Sözügedən verilişi canlı olaraq təqdim edirik: 





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR