Onlayn ictimai-siyasi qəzet
Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələrin "Suspilne" nəşrinə verdiyi məlumata görə, oktyabrın 13-də saat 16:00 radələrində Kutuzovka kəndində mülki geyimli naməlum şəxs 72-ci əlahiddə mexanikləşdirilmiş briqadanın hərbi qulluqçularına avtomatdan atəş açıb.
Musavat.com xəbər verir ki, hücum edən şəxs əvvəlcə Ukrayna hərbçilərinin sığındığı evin qarşısında bir əsgəri qətlə yetirib, daha sonra binanın içərisinə daxil olaraq atışmanı davam etdirib.
Təxminən iki saat çəkən dəhşətli insident nəticəsində ümumilikdə 5 hərbçi həlak olub. Qatil hadisə yerindən qaçaraq gizlənməyi bacarıb.
İstintaqın əsas versiyalarından birinə görə, hücum edən şəxs Ukrayna əsirliyindən qaçan Rusiya hərbçisi ola bilər.
Lakin onun şəxsiyyəti hələlik dəqiqləşdirilməyib və bu versiya rəsmi təsdiqini tapmayıb.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ