Onlayn ictimai-siyasi qəzet
Azərbaycan futbolunun son illərdəki ən böyük uğurlarından biri bu gecə yaşandı. Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Sabah” doğma meydanda “Napoli” ilə qarşılaşmada möhtəşəm qələbə qazanaraq turnirin Liqa mərhələsinə vəsiqə əldə edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanı Gənclər və İdman naziri Fərid Qayıbov da tribunadan izləyib.
“Sabah” oyunun əvvəlindən sonadək yüksək əzmkarlıq nümayiş etdirərək rəqib üzərində 5:2 hesablı qələbə qazanıb. Bu nəticə Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyır.
Beləliklə, “Sabah” UEFA Çempionlar Liqasının əsas – Liqa mərhələsində mübarizə aparmaq hüququ qazanıb.
Komandanın bu uğuru Azərbaycan futbolunun beynəlxalq arenada artan gücünün daha bir göstəricisidir. “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi ölkə futbolunda yeni tarixi səhifənin açılması deməkdir.
Tribunalarda böyük coşqu yaşanarkən, oyunu yerində izləyən Gənclər və İdman naziri Fərid Qayıbov da komandanın bu tarixi zəfərinin şahidi olub. “Sabah” artıq Avropanın ən nüfuzlu klub turnirinin Liqa mərhələsindədir! Azərbaycan futbolu tarix yazır!
Cavanşir Abbaslı
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ