İnsanlara hürriyət, millətlərə istiqlal!

Ər-Riyad hava limanı BAĞLANDI: Yüzlərlə ölü və yaralı var

Səudiyyə Ərəbistanı hakimiyyəti Ər-Riyad beynəlxalq hava limanının bağlanma müddətini şənbə gününə qədər uzadıb, aviaşirkətlər isə reysləri ləğv ediblər.

Musavat.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddədən sonra ikinci ən böyük aeroportu olan Kral Xalid adına Beynəlxalq Hava Limanına hücumdan sonra onun fəaliyyəti dayandırılıb.

Qeyd olunub ki, qərar “hava limanı obyektlərinin təhlükəsizliyinin və əməliyyat hazırlığının təmin edilməsi prosedurlarını tamamlamaq” məqsədilə qəbul edilib.

Bu barədə Krallığın Mülki Aviasiya Baş İdarəsinin bəyanatında bildirilir.

Bazar ertəsi pilotlar üçün dərc olunan xəbərdarlıqda Kral Xalid adına Beynəlxalq Hava Limanının oktyabrın 17-si saat 21:00-a qədər bağlı qalacağı vurğulanıb.

Hava limanı 13 nəfərin həlak olması və 300-dən çox insanın yaralanması ilə nəticələnən şənbə günkü terror aktından bəri bağlıdır. Bu, krallıqda son on ildən artıq müddətdə baş verən en qanlı terror hücumudur. Bazar günü törədilən daha bir terror aktı nəticəsində isə bir nəfər həlak olub, 10-a yaxın şəxs yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR