İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə bomba həyəcanı: İsraildə təcili ENİŞ ETDİ - VİDEO

ABŞ-nin “Delta Air Lines” aviaşirkətinə məxsus, Birləşmiş Ştatlardan İsrailə DL234 reysini yerinə yetirən sərnişin təyyarəsi göyərtədə bomba olması barədə anonim məlumatdan sonra Ben-Qurion hava limanına eniş edib.

Musavat.com xəbər verir ki, təhlükə barədə xəbərdarlıq çərşənbə axşamı, oktyabrın 13-də səhər saatlarında daxil olub.

Layner eniş etdikdən dərhal sonra zəruri yoxlamaların aparılması məqsədilə hava limanının xüsusi uzaq dayanacaq zonasına təcrid olunub.

Təhdid mesajının məhz haradan - ABŞ-dən, yoxsa təyyarə artıq İsrailə çatdıqdan sonra daxil olduğu hələlik dəqiqləşdirilməyib.

Aparılan yoxlamaların nəticələri barədə hələlik əlavə məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR