Onlayn ictimai-siyasi qəzet
Ermənistan hərbçisi silahdan istifadə qaydalarının pozulması nəticəsində yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, hərbçinin həyatı üçün təhlükə yoxdur.
Bundan əvvəl Ermənistan mediası müqaviləli hərbi qulluqçu Yefrem Gevorkyanın çiyin nahiyəsindən güllə yarası alaraq xəstəxanaya çatdırıldığını yazıb.
Onun “Muratsan” hərbi hospitalında müalicə aldığı bildirilib.
Şahanə Rəhimli
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ