İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro gücləndirilmiş rejimdə çalışacaq

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, "Koroğlu" stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.

"Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək. Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək", - məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR