İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdən ŞOK AÇIQLAMA: “Rusiya azərbaycanlıların olduğu gəmiləri QƏSDƏN VURDU!”

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiyanı Bolqarıstanın ərazi suları yaxınlığında kommersiya gəmilərinə hücum etməkdə ittiham edib. O, insident nəticəsində Ukrayna və Azərbaycan vətəndaşlarının xəsarət aldığını vurğulayıb.

Musavat.com xəbər verir ki, bu barədə ukraynalı nazir "X" sosial şəbəkə hesabında bildirib.

“Rusiyanın Bolqarıstanın ərazi suları yaxınlığında ticarət gəmilərinə qarşı həyata keçirdiyi və Ukrayna və Azərbaycan vətəndaşlarının xəsarət alması ilə nəticələnən son hücumu Moskvanın mülki şəxslərin həyatına və Qara dənizdə gəmiçilik təhlükəsizliyinə qəsdən məhəl qoymadığını bir daha nümayiş etdirir”, - deyə Sibiqa yazıb.

Ukrayna XİN rəhbəri beynəlxalq tərəfdaşları Moskvaya qarşı təzyiqləri kəskin şəkildə artırmağa çağırıb.

Xatırladaq ki, oktyabrın 13-nə keçən gecə Qara dənizdə Bolqarıstanın müstəsna iqtisadi zonasında Rusiya dronları iki ticarət gəmisinə zərbə endirib. Hücum nəticəsində “Azov Concord” gəmisi Krapets kəndindən 27 kilometr aralıda batıb, “Chelsea 3” gəmisi isə Varna limanına çatmağı bacarıb. “Chelsea 3” gəmisindən 15 dənizçi - 7 Ukrayna və 8 Azərbaycan vətəndaşı təxliyə olunub, onların yüngül xəsarət aldığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR