İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iş adamının ailəsinə ağır itki - Məşhurlar onu son mənzilə yola saldı

Türkiyənin yüksək cəmiyyətində tanınan Deniz Öztarhan 82 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, Vepa Şirkətlər Qrupunun təsisçisi mərhum Vedat Öztarhanın həyat yoldaşı olan Deniz Öztarhan üçün İstanbulun Zincirlikuyu Məscidində dəfn mərasimi keçirilib.

Mərasimdə sənət, biznes və sosial həyatın tanınmış simaları iştirak ediblər. Dəfn mərasiminə Beren Saat, Kenan Doğulu, Barış Arduç, Aras Bulut İynemli, Gökhan Özoğuz, Tolga Sarıtaş, Zeynep Mayruk, Nazlı Çelik, Kaan Yıldırım, Can Bonomo, Nevra Serezli, Zehra Aslı Gümüşel və Mehmet Ağar qatılıb.

Deniz Öztarhan mərhum iş adamı Vedat Öztarhanın həyat yoldaşı, iş adamları Öndər və Tuncer Öztarhanın isə anası idi.

Onun oğulları Öndər və Tuncer Öztarhan məscidə gələnlərdən başsağlığı qəbul ediblər. Günorta namazından sonra qılınan cənazə namazının ardınca Deniz Öztarhan Zincirlikuyu Qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimi Türkiyənin sənət, biznes və sosial həyatından çoxsaylı tanınmış şəxsləri bir araya gətirib.

Musavat.com








ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR