İnsanlara hürriyət, millətlərə istiqlal!

Taylandda amansız qətl – Nazimovları və yerli sakinləri öldürənlər tutulub

Taylandda qəzəbli yerli sakinlər 17 yaşlı Roman və 22 yaşlı Diana Nazimov adlı rusiyalı bacı-qardaşları öldürməkdə şübhəli bilinən cinayətkarların edam edilməsini tələb ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qatillər Rusiya vətəndaşları ilə birlikdə yerli sakinləri – onların cinayətinin şahidi olan bir ailəni də öldürüblər.

Taylandlılar avqustun 1-də səhər iki şübhəlinin saxlanıldığı polis bölməsinin qarşısında toplaşıblar. Şübhəli qatillər məhkəmə qarşısına çıxarıldıqda, izdiham jurnalistləri kənara itələyərək onlara tərəf irəliləməyə başlayıb. Onlar cinayətkarların edam edilməsini tələb ediblər.

“Onlara ölüm! Ölüm cəzası! Belə insanları sağ qoymaq olmaz!”

Təqsirləndirilən şəxslərin vəkili bildirib ki, onun müştərilərinə qarşı irəli sürülə ittiham (rusların və taylandlı ailənin qətli və cəsədlərinin gizlədilməsi) sübuta yetirilərsə, canilər gerçəkdən də ölüm cəzası ilə üzləşəcəklər. "Cinayət Məcəlləsində hər iki halda ən yüksək cəza olaraq ölüm cəzası nəzərdə tutulur", - deyə o bildirib.

Nazimovlar 26 iyulda itkin düşüblər. Gənclər evdən motosikletlə çıxıblar 26 dəqiqə sonra Diananın smartfonundan tək bir mesaj gəlib: "Təcili!". Eyni zamanda, onun telefonunun son geolokasiyası evdən 200 metr aralıda tapılıb. Bundan sonra qardaş və bacı ailə ilə rabitə saxlamayıblar. Nazimovların anası polisə müraciət edib.

kotanq.JPG (116 KB)

30 iyulda hüquq-mühafizə orqanları rusların qətlində şübhəli bilinən dəstənin liderini saxlayıb. Onun Ponq kimi tanınan 43 yaşlı residivist cani Tan Kuttonq olduğu müəyyən edilib. Onun ortağı, Tonq kimi tanınan 39 yaşlı Thonqçay Sininq də saxlanılıb. Şübhəlilər gənc rusları öldürdüklərini etiraf ediblər və cəsədlərini gizlətdikləri yeri açıqlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları daha üç cəsəd aşkar ediblər.

Ponq əvvəllər yetkinlik yaşına çatmayan uşağın qaçırılması və silah saxlama ittihamı ilə həbs olunub. Yerli sakin ifadəsində Ponqun əvvəllər də vəhşiliklər törətdiyini bildirib.

Onun sözlərinə görə, qonşularını öldürməzdən əvvəl Ponq yetkinlik yaşına çatmayan bir qızı əl-qolları, ayaqları sarınmış valideynlərinin gözü qarşısında zorlayıb, daha sonra isə 17 yaşlı Romanı öldürmək üçün istifadə etdiyi eyni tapança ilə hər üçünü vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR