İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Qarabağla bağlı ŞOK ETİRAF, Əliyevi TƏRİFLƏDİ, Paşinyanı HƏDƏLƏDİ: “Sabah sizi...” TV Musavat

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə jurnalistlər qarşısında çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Putin Qarabağ münaqişəsinin tarixindən, 2020-ci il müharibəsi zamanı aparılan danışıqlardan, Ermənistan rəhbərliyinin mövqeyindən və sonrakı proseslərdən geniş danışıb.

Rusiya Prezidenti bildirib ki, Sovet İttifaqının dağılmasından sonra başlayan münaqişə nəticəsində Ermənistan Qarabağı və Azərbaycanın ətraf yeddi rayonunu nəzarət altına almışdı.

Putinin sözlərinə görə, Rusiya uzun müddət münaqişənin siyasi yolla həllinə çalışıb. O, 2020-ci ildə hərbi əməliyyatlar zamanı da tərəflər arasında razılaşmanın əldə olunmasına cəhd göstərildiyini bildirib.

Putin deyib ki, həmin vaxt müəyyən mərhələdə Azərbaycan qoşunlarının irəliləyişinin dayandırılması ilə bağlı razılıq əldə edilmişdi. Rusiya Prezidenti məsələni həll olunmuş hesab etdiyini, lakin İrəvanla danışıqdan sonra Ermənistan tərəfinin Azərbaycanın Qarabağda nəzarətə götürdüyü ərazilərdən də geri çəkilməsini tələb etdiyini söyləyib.

Putin daha sonra Qarabağın statusu məsələsində əsas dönüş nöqtəsinin Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ da daxil olmaqla, tanıması olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bundan sonra İlham Əliyev ona bildirib ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün Rusiya sülhməramlılarının statusu artıq Azərbaycanla ikitərəfli qaydada müzakirə edilməlidir.

Putin qeyd edib ki, Nikol Paşinyan da bununla razılaşıb və Rusiya tərəfinin məsələni Bakı ilə ikitərəfli şəkildə həll etməli olduğunu təsdiqləyib.

Rusiya Prezidenti vurğulayıb ki, bununla Qarabağın statusu məsələsi faktiki olaraq bağlanıb:

“Ermənistan bunu özü həll etdi – Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçdi. Müasir Ermənistan dövlətinin mövqeyi budur”.

Putin Qarabağda yaşayan ermənilərin taleyi barədə də danışıb. Onun sözlərinə görə, Rusiya dəfələrlə Azərbaycan rəhbərliyi ilə bu məsələni müzakirə edib.

Putin bildirib ki, İlham Əliyev onaQarabağın erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının təmin ediləcəyini söyləyib.
Rusiya Prezidenti Azərbaycan lideri barədə fikrini belə ifadə edib:

“Prezident Əliyev Qarabağın erməni əhalisinə pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır. Onların maraqlarını təmin etməyə çalışacaq, buna yüz faiz əminəm. Amma onlar yenə də qalmayacaqlar”.

Putin daha sonra Qarabağ ermənilərinin bölgəni tərk etdiyini xatırladaraq hadisələrin məhz bu istiqamətdə inkişaf etdiyini bildirib.

Rusiya lideri ümumilikdə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının Moskvanın deyil, Ermənistanın indiki rəhbərliyinin qəbul etdiyi qərar olduğunu xüsusi vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü konkret sərhədlər çərçivəsində tanıyıb və həmin əraziyə Qarabağ da daxildir.

Putin bildirib ki, bundan sonra Azərbaycanın mövqeyi belə olub: Qarabağ Azərbaycanın ərazisidirsə, Rusiya bu bölgə ilə bağlı məsələləri artıq Bakı ilə razılaşdırmalıdır.

Ermənistan ölkədə Rusiya hərbi bazasına (Gümrüdə) ehtiyac olmadığını hesab edirsə, hətta sabah da oradan çıxa bilərik.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də siyasi şərhçi Rizvan Hüseynovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR