Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Vladimir Zelenskinin xəbərdarlığından sonra “Peqasus” şirkəti Rusiyaya uçuşları ləğv edib. Bu barədə “Ostorojno, novosti” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, sentyabrın 2-də saat 00:05-də Bodrumdan Moskvaya uçmalı olan reys ləğv edib. Kanal bildirir ki, Türkiyənin bütün aviaşirkətləri hava məkanındakı vəziyyət səbəbindən uçuşları ləğv edib.
“Vnukovo hava limanının lövhəsində Moskvadan uçması planlaşdırılan “Peqasus”un bir neçə reysinin ləğv edildiyi də göstərilir: ikisi İstanbula, biri Bodruma və biri Dalamana”, - məlumatda qeyd olunub.
“Nə gözləyəcəyimizi bilmirik. Türkiyə uçuşları qadağan edir”, - “Peqasus”dan turistlərə verilən açıqlamada vurğulanıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya hava məkanının sentyabrın 1-dən etibarən təhlükəsiz olmayacağı xəbərdarlığı etmişdi.
Zelenski Rusiya hava məkanının mülki aviasiya üçün "tamamilə təhlükəli" hala gəldiyini bildirib. O, aviaşirkətləri və sığorta şirkətlərini Rusiya hava limanlarına, əsasən Moskva, Sankt-Peterburq və digər əsas şəhərlərə uçuş riskləri barədə xəbərdar edib.
"Ukrayna mülki aviasiya üçün heç bir təhlükə yaratmır - tək bir mülki təyyarə belə yox. Sadəcə, dronlar Rusiya səmasında olacaq, ona görə də bunu nəzərə almalıyıq", - deyə Zelenski özünün Telegram kanalında yazıb və vurğulayıb ki, Rusiyanın başlatdığı müharibə onun səmasını bağlayır.
Dövlət başçısı xarici səfirləri və aviaşirkətləri bu məlumatları nəzərə almağa çağırıb və Ukrayna Xarici İşlər Nazirliyinə isə beynəlxalq təşkilatlara tam risk məlumatlarını təqdim etməyi tapşırıb.
"Biz Ukraynada günahsız insanların həyatını itirməsini istəmirik... Dronlar arasında mülki aviasiyaya yer yoxdur", - deyə Zelenski bildirib.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Heydər Oğuzla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ