İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə məlumat yaydı

TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə məlumat yayıb.

TƏBİB-dən Musavat.com-a bildirilib ki, Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1931-ci il təvəllüdlü şəxsin (qadın) aparılan uzunmüddətli reanimasiya tədbirlərinə baxmayaraq, 18.09.2026-cı il tarixində saat 20:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Sevda Məmmədzadə sentyabrin 2-si gecə ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub.

Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR