Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-la bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Araqçi ABŞ prezidenti Donald Trump-ın İranın raket proqramı ilə bağlı yanlış məlumatlandırıldığını bildirib və yayılan bəzi xəbərləri “feyk” adlandırıb.
Nazirin sözlərinə görə, Tehran uzaqmənzilli raketlər hazırlamır və bu sahədə şüurlu şəkildə məhdudiyyət tətbiq edib:
“Biz raketlərimizin mənzilini 2000 kilometrdən aşağı səviyyədə saxlamışıq. Onların qlobal təhdid kimi qəbul olunmasını istəmirik. Bu, yalnız müdafiə xarakterlidir”.
Araqçi vurğulayıb ki, İranın raket proqramı hücum məqsədi daşımır və sırf çəkindirmə strategiyasına əsaslanır:
“Raketlərimiz müdafiə üçündür. Onlar çəkindirmə və özümüzü qoruma vasitəsidir. Bu, ötən ilin iyun müharibəsində də belə idi”.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ