İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Vaşinqtona Vens şərti: İran niyə vitse-prezidenti seçir?

Tehran Vaşinqtona ABŞ ilə potensial danışıqlarda ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə əlaqə saxlamağa üstünlük verəcəyini bildirib.

Musavat.com xəbər verir ki, məlumatı CNN yayıb: "İran rəsmiləri administrasiyaya açıq şəkildə bildiriblər ki, xüsusi elçi Stiv Vitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqları bərpa etmək istəmirlər, vitse-prezident J.D.Venslə əlaqə saxlamağa üstünlük verəcəklər".

Kanalın məlumatına görə, bu mövqe qeyri-rəsmi kanallar vasitəsilə çatdırılıb və İranın danışıqların pozulması və ABŞ hərbi əməliyyatının başlaması nəticəsində yaranan etimad çatışmazlığı nəzərə alınmaqla Vitkoff və Kuşnerlə danışıqları potensial olaraq səmərəsiz hesab etdiyini göstərir.

Bundan əlavə, Vens İrana qarşı hərbi əməliyyatın başlanmasını dəstəkləməyib. Bunu Tramp özü də etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR