Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən ziyafətdə qazax müğənnisinin ifasında “Tut ağacı” mahnısı səsləndirilib.
Musavat.com xəbər verir ki, ziyafətdə ümummilli lider Heydər Əliyevin sevimli mahnısı olan “Alagöz” də səsləndirilib.
Fonda isə Ulu Öndərin İlham Əliyevlə birgə kadrları nümayiş olunub.
Daha sonra Qazaxıstan lideri Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə ənənəvi qazax geyimini hədiyyə edib.
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ