İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda ailə üç uşağından imtina etdi

Musavat.com "Teleqraf"a istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.

Qeyd olunub ki, valideynləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir. Həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018). Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu Musavat.com-a açıqlamasında bildirib ki, komitə Lənkəran Rayon İcra Hakimiyyəti ilə birgə məsələni nəzarətə götürüb: “Uşaqlar hazırda xəstəxanadadırlar, araşdırmalar aparılır və əlavə məlumat veriləcək”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR