İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda çayda çimən 22 yaşlı gənc batdı

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Dondar Quşçu kəndi ərazisindən keçən çayda qeydə alınıb.

Məlumata görə, Ağdam rayon sakini, 2004-cü il təvəllüdlü İlham Şirinov çayda çimərkən suda batıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Hazırda batdığı bildirilən şəxsin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir./oxu.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

16 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR