İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda DƏHŞƏT: bibisini odun parçası ilə döyüb öldürdü

Avqustun 6-da Tovuz rayonunun Əli Mərdanlı kəndi ərazisində 65 yaşlı Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon Prokurorluğundan Musavat.com-a verilən xəbərə görə, ilkin araşdırmalarla 29 yaşlı Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR