İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bu dəfə ONU HƏDƏF ALDI: “Yolunu azıb…” - FOTO

ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının üzvü Marjori Teylor Qrini hədəfə alıb.

Musavat.com xəbər verir ki, Tramp onun xarici siyasətini tənqid edən respublikaçı siyasətçinin "yolunu azdığını" deyib.

Oval Ofisdə mətbuata danışan Tramp xarici əlaqələrə "çox vaxt ayırmadığını" bildirib və əlavə edib ki, bu məsələdə onu tənqid edən Qrin "qarşı tərəfə xidmət edir". Tramp Qrinin "yolunu azdığını" söyləyib və əlavə edib: "Marjoriyə nə baş olduğunu bilmirəm; o, yaxşı qadın idi".

Tramp, həmçinin prezidentliyi daha geniş diqqət tələb edən "qlobal vəziyyət" kimi gördüyünü qeyd edib.

Qeyd edək ki, NBC News-a verdiyi müsahibədə respublikaçı Konqres üzvü Qrin deyib: "Xarici liderlərin Ağ Evə fırlanan qapıdan girməsini izləmək amerikalılara kömək etmir".

Qrin bildirib ki, ölkədə qiymətlər hələ də çox yüksəkdir və Tramp son zamanlar xarici əlaqələrə verdiyi vurğudan daha çox bu məsələyə diqqət yetirməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR