Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İrana ünvanladığı “yardım yoldadır” bəyanatı ilə bağlı jurnalistlərin sualını cavabsız buraxıb.
Musavat.com xəbər verir ki, Ağ Evdə keçirilən qısa brifinq zamanı reportyor Trampa səhər saatlarında İrana yönəlik səsləndirdiyi bu ifadənin nə məna daşıdığını soruşub.
Jurnalistin “Bu gün səhər İrana yardımın yolda olduğunu dediniz. Bununla nəyi nəzərdə tuturdunuz?” sualına Tramp olduqca qısa və müəmmalı cavab verib:
“Bağışlayın, amma bunu özünüz başa düşməli olacaqsınız”.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ