Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp İranla bağlı son dərəcə sərt və qalmaqallı açıqlama verib. Tramp özünün Truth Social hesabında yaydığı bəyanatda ABŞ ordusunun İranı “çox ağır” zərbələrlə vuracağını və gələcəkdə ölkənin əsas neft-qaz infrastrukturu üzərində nəzarət quracağını bəyan edib.
Musavat.com xəbər verir ki, Tramp paylaşımında İranın hərbi dəniz qüvvələrinin, hava qüvvələrinin, radar sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin və hücum imkanlarının böyük hissəsinin artıq məhv edildiyini iddia edib.
ABŞ prezidenti bununla kifayətlənməyərək Vaşinqtonun yaxın gələcəkdə İranın əsas neft ixrac qapısı hesab olunan Xark adasını (Kharg Island) və digər strateji enerji obyektlərini nəzarətə götürəcəyini bildirib. Trampın sözlərinə görə, ABŞ İranın neft və qaz bazarları üzərində “tam nəzarət” qurmağı planlaşdırır.
Bu bəyanat ABŞ-İran qarşıdurmasının yeni və daha təhlükəli mərhələyə keçdiyi barədə müzakirələri gücləndirib. Xark adası İran neft ixracının əsas mərkəzlərindən biri hesab olunur və burada baş verəcək hər hansı hərbi əməliyyat dünya enerji bazarlarına ciddi təsir göstərə bilər.
Qeyd edək ki, Tramp daha əvvəl də Xark adasına endirilən zərbələr barədə açıqlamalar vermiş, İranın hərbi obyektlərinin məhv edildiyini bildirmişdi. Həmin açıqlamalarda o, neft infrastrukturunun da hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Trampın son bəyanatı artıq beynəlxalq mediada “İrana ultimatum”, “enerji müharibəsinin anonsu” və “ABŞ-ın ən sərt xəbərdarlığı” kimi qiymətləndirilir. Əgər bu planlar həyata keçirilərsə, Yaxın Şərqdəki qarşıdurma qlobal enerji bazarlarını və dünya siyasətini silkələyə biləcək yeni mərhələyə daxil ola bilər.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ