İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Xamneyinin öldüyü barədə xəbərləri etibarlı sayıram

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Tramp İranın ali dini rəhbəri Əli Xamneyinin ölümü ilə bağlı yayılan məlumatlarıetibarlı hesab etdiyini açıqlayıb.

Prezident bu barədə NBC telekanalına müsahibəsində danışıb. Tramp bildirib ki, Xamneyinin həlak olması ilə bağlı yayılan xəbərlər ona inandırıcı görünür və mövcud məlumatlara əsasən, bu informasiyalar ciddi mənbələrə dayanır.

ABŞ prezidenti eyni zamanda qeyd edib ki, İranın ali rəhbərliyinin “böyük hissəsi” artıq “likvidasiya olunub”. Onun sözlərinə görə, son hərbi əməliyyatlar nəticəsində İranın yüksək səviyyəli siyasi və hərbi idarəetmə strukturlarına ağır zərbə vurulub.

Tramp müsahibəsində əlavə edib ki, Vaşinqton bölgədə baş verən hadisələri diqqətlə izləyir və ABŞ-ın əsas məqsədi regional və qlobal təhlükəsizliyi qorumaqdır.

Hazırda rəsmi Tehran tərəfindən Xamneyinin taleyi ilə bağlı yayılan məlumatlara münasibət bildirilməyib. Regionda vəziyyət isə gərgin olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR