Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ölüm xəbərlərinə münasibət bildirərək onun sağ olduğunu düşündüyünü bəyan edib.
Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri jurnalistlərə müsahibəsində Tehran rəhbərliyinin hərəkətlərini şərh edərkən diqqətçəkən ifadələr işlədib.
"Mən Müctəba Xameneinin öldüyünü düşünmürəm. O, çox ağır yaralanmışdı – bədəninin sol tərəfi, qolu, ayağı, hər şeyi ciddi zədələnmişdi. Lakin onun öldüyünü zənn etmirəm. Əgər o ölübsə, deməli, onlar pis şou göstərmirlər, çünki xeyir-dua almaq üçün tez-tez onun yanına getdiklərini bildirirlər", – deyə ABŞ lideri vurğulayıb.
İranla bağlı digər diqqətçəkən məqamlara toxunan Tramp rəsmi Tehranı kəskin tənqid edərək bildirib ki, Vaşinqton hərbi və iqtisadi baxımdan proseslərin başlanğıcından bəri İran üzərində tam üstünlük nümayiş etdirir. Prezident tezliklə İranda böyük bir qələbənin gözlənildiyini qeyd edib. Tramp həmçinin Hörmüz boğazında minaların təmizləndiyini, mütəmadi dron və raket hücumlarına baxmayaraq boğazın fəaliyyətini bərpa etdiyini və oradan nəhəng neft axınının davam etdiyini bildirib.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ